Search here...
TOP

Mən 1990-cı ildə Xocalı şəhərində anadan olmuşam.

2007-ci ildə Xocalı şəhər 1 saylı orta məktəbi bitirib (Naftalan şəhərində), elə həmin ildə də İqtisad universitetinə qəbul oldum. 2011-ci ildə bakalavr dərəcəsi alıb, MBA proqramı üzrə (Biznesin idarə edilməsi ixtisası üzrə) magistraturaya daxil oldum.

2013-cü ildə iş həyatına başladım və Araz supermarketlərdə kassir kimi işə başladım. 10 gün sonra baş kassir vəzifəsinə transfer oldum. Bu vəzifədə 3 ay çalışdıqdan sonra işdən ayrılıb Azərsun Holdinqdə Proseslərə nəzarət şöbəsində inspektor vəzifəsində (Bazarstore və Al marketlərin proses kontrolu) işə başladım. 2015-ci ildə satış və logistika proseslərinə nəzarət inspektoru vəzifəsinə transfer oldum və dörd ay bu vəzifədə çalışıb işdən ayrıldım (2015-ci il Noyabr ayında). Elə həmin ay Gədəbəy Mineral Suları MMC-də baş auditor  vəzifəsində işə başlayıb, dörd ay sonra işdən ayrıldım.

Daha sonra, Araz supermarketlərdə müdir müavini vəzifəsində işə başladım. Bir ay sonra Strateji Planlama şöbəsinə keçib, planlama mütəxəssisi kimi işimə davam etdim. Şöbədə çalışdığım dövrdə 2 layihədə iştirak etdim. Layihələr:

  1. Marketlərdə neqativ stokların yaranma səbəblərinin araşdırılması.
  2. Çeşidlərin optimizasiyası və Mikro Planoqramın qurulması.

1 il sonra həmin şöbə daxilində OBA marketlərə transfer oldum. OBA marketlərdə aparıcı planlama mütəxəssisi, kateqoriya mütəxəssisi vəzifələrində çalışdım. 2018-ci il Fevral ayından Satış Əməliyyatları bölmə müdiri vəzifəsin icra etdim. İşə başladığım dövrdən aşağıdakı layihələrdə iştirak etmişəm (2018-ci il – 2019-cu il 1-ci kvartal).

  1. Çeşidlərin optimizasiyası. (aktiv iştirakçı)
  2. Marketlərdə Makro planoqramın hazırlanması. (layihə rəhbəri)
  3. Müştəri ehtiyacının araşdırılması və ehtiyaca uyğun çeşidlərin satışa çıxarılması. (layihə rəhbəri)
  4. Sifariş səviyyələrinin təyin edilməsi. (layihə sifarişçisi və kordinator).
  5. Çek listin hazırlanması prosesi (marketlərdə yoxlanılacaq nöqtələr). (Layihə iştirakçısı)

2019-cu il Fevral ayından Satışa Dəstək şöbəsinin (həmin şöbə, Ticari marketinq və Satış Əməliyyatları prosesini icra edirdi) rəhbəri vəzifələrin icra etmişəm. Sentyabr ayından Ticari marketinq şöbə müdiri vəzifəsini icra edirəm.

2019-cu il Yanvar ayından İdarə heyəti protokol kordinatoru vəzifəsini də paralel icra edirəm.

2019-cu il Mart ayında NİMA (Niderland Marketing Akademiyası – beynəlxalq dərəcəli) marketinq kursun bitirib, NİMA A dərəcəli diplomu aldım.

2019-cu il Avqust ayında Veyseloğlu Qrupun daxili (Ms Excell üzrə) təlimçisi adını qazanmışam.