Search here...
TOP

COVİD 19-un Coca Colaya təsiri

COVİD 19 şirkətlərə necə təsir edir? Əlbəttə ki, bəzi şirkətlər durğunluq dövründən çıxdıqdan sonra sürətli inkişaf mərhələsinə girəcək, bəziləri isə artıq böhran dövründə müflis olub silinmişdir.

Bir çox şirkətlər isə radikal addımlar atmağa məcbur olurlar. Fərli formada xidmət göstərməyə çalışır, məhsul portfellərini yeniləyir və ya marka sayını azaldır. Sonuncunu tətbiq edən şirkətlərdən biri də Coca Cola şirkətidir. Coca Cola şirkəti, restoranların, kino mərkəzlərinin, kafelərin və digər ictimai iaşə obyektlərinin bütün dünyada bağlanmasına görə ilin ilk 6 ayında 7.2 milyard dollar gəlirindən olub. Bu isə ümumilikdə 28% daha az satış deməkdir.

Bunu əsasə gətirib öz məhsul portfellərini analiz edib və bu qənaətə gəliblər ki, məhsullarının 50%-ni portfeldən ixtisar etsinlər. Bu qərara səbəb nədir? Pandemiya dövründə görüblər ki, əslində şirkət portfelində olan 400 markadan 200-ü cəmi şirkətin gəlirlərinin 2%-ni təşkil edir. Həddindən artıq kiçik rəqəmdir. Daha öncə bunu niyə analiz etmədikləri adama çox maraqlı gəlir. Qlobal marka olasan, 190-dan çox ölkədə satış edə biləsən, ancaq portfelində belə boşluqlar ola. Açığı təəccüblüdür.

Axır qərar alıblar ki, biz bu 200 çeşid üçün ayırdığımız büdcə, enerji və zamanımızı 98% satışımızı verən digər 200 marka üçün ayırmalıyıq.

Eyni prosesi, səhv xatırlamıramsa 20-ci əsrin son kvartalında Unilever etmişdir. Müflis olma mərhələsindəykən şirkətin CEO-sunu dəyişirlər. Yeni CEO inqilabi qərar verib, məhsulların 50%-ni portfeldən təmziləyir. Beləliklə Unilever yenidən doğmuş olur.

Rəqəmlərlə bağlı mənbə: Pazarlamasyon.com