Search here...
TOP

Jacobs vs Nescafe

Bu yazıda ölkəmizdə qəhvə bazarında son illərdə olan dəyişiklik haqqında olan düşüncələrimi paylaşacam. Qəvhə restoranları, mağazalar və marketlərdən aldığımız brendlərdir mövzumuz. Əsasən məni cəlb edən Jacobs və Nescafenin bu dəyişikliyə reaksiyasıdır.

Son illərdə bazara məşhur qəhvə restoran brendlərinin sürətli inteqrasiyası nəticəsində insanların davranışında da eyni sürətlə dəyişiklik baş verdi. Artıq insanlar, qəhvə aludəçisi olsa da, az-az qəhvədən istifadə etsə də və ya çox nadir hallarda belə bir vərdişi olsa da, restoranlar onlar üçün potensial müştərilərin davranışlarına təsir edib. Bu təsirə səbəb aşağıdakılar ola bilər.

  • Atmosfer
  • Yeni tanışlıqlar
  • İş görüşlərinin qeyri-rəsmi hissəsi
  • Cool görünmək
  • Brendə loyallıq və s

Qəvhə restoranları müştərilərə qəhvə və şəkər xaricində bir çox başqa çeşidlər də təklif edirlər. Bunlara amerikano, capuccino, mokka və s. çeşidlər daxildir. Bəs bizim lokal bazarımızda Nescafe və Jacobs bu dəyişikliyə necə reaksiya verdi? Açığı ilk öncələri satış nöqtələrində hər iki brendin fərqli çeşidlərinin meydana çıxdığını müşahidə etmişdim, ancaq bu məndə ciddi bir fərqlilik yaratmamışdı. Ancaq son zamanlarda müştərilərin davranışlarında olan dəyişikliyi Jacobsun daha yaxşı araşdırdığı və analiz etdiyi görünməkdədir. Jacobs bizim bazarda olmayan, fərqli qablaşdırma, fərqli ölçü və çəkidə yeni çeşidlərini bazara çıxardı. Hansı ki, bu məhsulların keyfiyyəti çox yaxşıdır. Bu məhsulalra elə yuxarıda adın saydığım çeşidlər- amerikano, mokka, capuchino və digərləri daxildir. Hətta Jacobs boş dayanmayıb bir cobranding edib, Milka dadlı Jabocs çıxardı bazara.

Düzdür bu dəyişiklik qəvhə restoranlarına gedən müştərilərin davranışına ciddi təsir etməz. Təxmin edirəm 5-10% təsiri olar. Ancaq brendin dərininə inkişaf strategiyasından istifadə etməklə, müxtəlif seqmentlərdən müştəriləri cəlb etməklə həm satışlarını artırır, həm də mövcud müştərilərə fərqli məhsullar təklif edərək, müəyyən müddətlik də olsa fərqlilik ortaya qoyaraq, loyallığı qorumuş olur Jacobs. Fikrimcə bziim bazarda baş verən bu dəyişikldə Jacobs Nescafedən daha çevik davrandı.

Son olaraq qeyd edim ki, Jacobs brendi Nescafeyə görə daha yaşlıdır. Nescafe brendi Nestle şirkətinə, Jacobs brendi isə Mondelez İnternational şirkətinə məxsusdur.