Search here...
TOP

Kassir vəzifələri ləğv edilir?

Araz marketlər (Azərbaycan)

Amazon Go (ABŞ)

Migros (Türkiyə)

Bu adları birləşdirən bir dəyər də, hər 3 marketdə də kassirsiz kassaların olmasıdır. Alış-veriş edirsən, kassaya gəlib məhsulları özün keçirirsən və kartla ödəmə edib, marketdən çıxırsan (Araz market və Migros üçün keçərli). Bu proses ərzində sizi heç bir kassir və ya mühafizə təqib etmir.

Azərbaycanda da ilk kassirsiz kassa sistemin tətbiq edən Araz market oldu. Səhv xatırlamıramsa son 1 ayda prosesə start veriblər. Doğrusu hələ ki, təcrübə etməmişəm, ancaq insanlar bu kimi yeniliklərə çox maraqlı olurlar.

Amazon Go-da isə situasiya daha fərqlidir. Sözə başlamazdan əvvəl kiçik bir statistika yazım, Amazon şirkəti 13.7 milyard dollara 2017-ci ildə Whole Foods marketləri satın alıb və planlayır ki, 2021-ci ildə ABŞ-da 3000 Amazon Go marketi xidmət göstərsin. İndi gəlin bu Amazon Go-nun mükəmməlliyinə baxaq.

Amazon Go marketləri də bildiyimiz adi marketlər kimi soyuducu, rəflərdən və kassirsiz kassalardan (bunu bilməsək də olar) ibarətdir. Bu marketlərdə alış-veriş etmək üçün mütləq şəkildə həmin şirkətin app-nin yükləmək lazımdır. (Play store-da adı Amazon Go-dur).

Marketə girmək üçün Amazonun app-in yükləyib qeydiyyatdan keçirsən və bank kartını əlavə edirsən. Girişdəki turniketə yaxınlaşıb app-dakı QR barkodu oxudursan, marketə daxil olursan və marketdə aşağıdakı proses gedir.

  1. Marketə sənin daxil olduğun sistemə ötürülür.
  2. Hərəkət etdikcə, kameralar səni izləyir.
  3. Bütün market kamera və sensorlarla doludur.
  4. Rəflərdən məhsul götürdüyün zaman həmin məhsullar səbətinə əlavə olunur. Rəflərdəki ağırlıq sensorları məhsulun rəfdən çıxdığın qeyd edir və geri qoyduğunda təkrar market stokuna əlavə edir.
  5. Bütün məhsulları səbətinə yığıb, turniketdən çıxdıqdan sonra məhsulların dəyəri sənin hesabından online rejimdə çıxılır.

Market içərisində səbətə yığdığın bütün məhsullar virtual hesabına ötürülür, yəni marketdən çıxmadan hesabından pul çıxılmır.

Amazon Go marketlərin ilk 2016-cı ildə istifadəyə veriblər və bu marketlərdən həmin il ancaq Amazonun işçiləri alış-veriş edə bilirmişlər. Görünür sistem hələ hazır olmayıb. 2017-ci ildən artıq bütün müştərilər xidmətdən istifadə edə biliblər. Düşünün bu proyekt üzərində 4 il işləyiblər və nəticə möhtəşəm. Hətta bunun insanlara təqdimatın ediblər. Keçiddən daxil olub baxa bilərsiniz.

Burda başqa bir prosesdə var, görə bilmədiyimiz. Düşünün şirkətin əlində necə bir big data var, hansı ki, bugün hər kəs etiraf edir ki, data dövrü başlayıb artıq.

Artıq heç kim söz sata bilməyəcək, əsaslandırma olmalıdır. Bu əsaslandırmaları rəqəmlərlə möhkəmləndirməlisən.

Amazon Go-nun əlində bu məlumatlar var. Müştəri nə alır, hansı saatda alır, həftədə neçə dəfə alır və s. Bəs bu məlumatlarla nə edə bilər?

-Hansı məhsulları, həftənin hansı günlərində aldığını analiz edib, sənə təkliflər göndərər.

-Ad günləri, şad günləri qoymaz, səni infomrasiya əhatəsinə alar.

-Hansı məhsulu əlinə alıb baxdığını, sonra yerinə qaytardığını analiz edib, həmin məhsulda eyni reaksiyanı verən müştəri sayına görə brending edər, portfeldə dəyişiklik edər.

-1 malı 1 dəfə alıb təkrar almadığını görüb, buna görə tədbirlər görər.

-Mükəmməl cross satış tədbirləri hazırlayar.

-Aldığın məhsulu bitirdiyin dövrüdə system biləcək, sənə təkliflər göndərəcək. Bu məhsul ancaq sizə özəl qiymətdə bugün. Almağın üçün maraq yaradacaq, ya da daha böyük ölçüsün təklif edəcək (upsell).

Və bir çox bunun kimi satış tədbirləri görəcəkdir.

Amazonun özü isə (online market) cross satışlarda çox peşəkardır, illik dövriyyəsinin 30%-i cross satışdan gəlir. 2018-ci il ümumi dövriyyəsi 232 milyard dollardır.

Yenə qayıdaq öz ölkəmizdə Araz marketin başlatdığı prosesə. Kassir vəzifəsi ləğv edilirmi, tamamilə olmasa da, zamanla bugün olandan daha az kassirə ehtiyac olacaqdır.

Bu proses dayanmadan davam edəcək və kassirsiz kassalar daha da çoxalacaq. Hətta prosesin icrası üçün fast foodlar ən ideal sahədir hazırda. Fast food kralı Mc Donalds-da belə məhsulları kassirlər şəkilləri və adlarına görə ekranda seçib, sadəcə ödəməni alma prosesində iştirak edirlər. Müştəri ekranda istədiyi məhsulu seçir, ödəməni edir, mətbəxdə ekranda görülən məhsul bişirilib, təqdim edilir. Bu qədər sadə!

Ümid edirəm məlumat faydalı olmuşdur.