Search here...
TOP

LİKE FOR LİKE (LFL) analizi

Bugün sadə, sadə olduğu qədər vacib analiz haqqında yazmışam. Sadə olduğu üçün heç bir zaman üzərindən surətli keçmək olmaz, bu istənilən iş üçün bir qayda olmalıdır.

Bu analiz LFL (Like for Like)-dır.

Bu analizin xüsusiyyəti ötən ilin və cari ilin eyni aylarında, həftələrində, günlərində və s.  gerçəkləşən satışları, müştəri şikayətlərini, alınmış sifarişləri və s.-ni analizinin aparılmasıdır. Burada nələrə diqqət etməliyik, necə süzgəcdən keçirməliyik, yazının davamında ətraflı oxuyacaqsınız.

  • Biz tarixləri necə seçməliyik ki, bu analizimiz doğru məlumat versin.

Məsələn:

-Ötən ilin eyni ayı ilə bu ilin eyni ayının müqayisəsi edə bilərik.

-Ötən ilin 10 ayı ilə bu ilin 10 ayının müqayisəsi.

-Ötən ilin bayram günləri ilə bu ilin eyni bayram günlərinin müqayisəsi. Bizim ölkəmizdə Ramazan, qurban bayramları satışlara ciddi şəkildə təsir edir. Bu bayramlar tarixləri dəyişdiyi üçün, bayram dövrün fərqli tarix olsa belə, LFL analizinə daxil edə bilərik.

  • LFL analizin edərkən nəyə diqqət etməliyik.

-Bayram dövrlərin illik Like for Like-da nəzərə almalıyıq, dediyimiz kimi Ramazan və Qurban bayramlarının tarixi dəyişilir və bu tarixlərə diqqət etmədən keçsək, bu il ötən ilə görə bir dövrdə ciddi düşmə, digər dövrdə (bayrama düşən) ciddi artım müşahidə edərik.

-Detallarına çox düşərsək, ötən və bu ilin eyni ayların müqayisə edərkən, həftə sonlarının saylarına diqqət etmək lazımdır. Həftə sonları satışlarda müəyyən bir artım olur ki, eyni ayda illərə görə 4 və 5 həftə sonu olaraq dəyişmə mümkündür. Bu say dəyişərsə özünü ayların ümumi satışında da təsirin göstərəcəkdir.

-Kateqoriyanın analizində istifadə ediriksə məhsul sayına mütləq diqqət etməliyik və hətta eyni məhsul və ya ən alt kateqoriyaya görə bu analizi edərsək, daha dəqiq məlumat almış olarıq.

Keçək LFL analizin praktiki olaraq necə aparacağımıza. Müqayisə edə bilərik:

  • Eyni mağazanın eyni tarixə görə satışların.
  • Eyni satış nöqtələrinə (magazalara) edilmiş satışları.
  • Eyni satış nöqtələrinə edilmiş satışın çeşid başına ortalama payına (ümumi görüntü üçün) və ya eyni çeşidlərə görə satışına.
  • Əgər şirkətdə bir yaxşılaşdırma ediriksə, ötən ilin eyni dövrü ilə bu ilin eyni dövrünə alınmış şikayət sayların belə müqayisəsin edə bilərik. Gördüyümüz işin effektivliyin ölçmək üçün və s.

Deyək ki, biz bir distrubyutoruq və 10 nöqtədən (eyni müştərilər olmalıdır) ötən ilin eyni dövründə həftənin ilk 3  günündə (növbəti 2 gün ancaq çatdırma edirik) aldığımız sifarişləri müqayisə edirik.

Deməli, əlimizdə var ötən il üçün 10 müştərinin hər birindən qəbul etdiyimiz sifarişlərin qutu miqdarları və eyni məlumatlar bu il üçündə mövcuddur.

Burada hər iki dövr üçün fərqləri tapıb, ona uyğun artım və ya azalma faizin hesablayırıq. Gördüyümüz kimi, qırmızı rənglənmiş rəqəmlər ötən ilə görə azalmanı göstərir və bu azalma hansı müştərilərdə olub. Bunu diagram şəklində də hazırlaya bilərsiniz.

Burada azalma müxtəlif səbəblərdən ola bilər.

Misal üçün:

-Bazara daxil olmuş hər hansı məhsul (rəqib) sizin satış payınızdan bir parçasın almışdır.

-Məhsulun son müştəriyə təklif olunduğu nöqtədə yaranmış hər hansı bir vəziyyətdən.

-Məhsulun keyfiyyətindən dolayı.

Bir sözlə əgər bu analizi hazırlayırıqsa görüntüyə uygun araşdırma aparıb, tədbirləri görməkdə fayda vardır. Araşdırmanı isə daha detaylarına düşərək, bəlkə yerində baxaraq, bəndlərə uygun aparmaq lazımdır.

Faydalı olması ümidi ilə!