Search here...
TOP

Məsuliyyət istehlakçılarındır?

Hazırda son 1 ildə alınan yeni qərardan yəqin ki, hər kəsin məlumatı var. Birdəfəlik istifadə edilən plastik qabların satışı qadağan edilmişdir. Bəs bilirsinizmi niyə brendlərin öz məhsullarını yerləşdirmək üçün istifadə etdiyi plastik qabların istifadəsi niyə qadağan edilmir? Yəni plastik qablar həmin məhsullara görə daha çoxmu atılır ətraf mühitə? 1-ci sualın cavabını açığı heç özümdə bilmirəm.

Bugünki yazı plasitk qablarla bağlı olsada dövrümüzə yox, 50-60 il əvvələ aid olan hekayədir.

20-ci əsrdə ətraf mühitə atılan plastik qabları, zibilliklərin plastik qablarla dolması insanları aqressivləşdiriri, aktivistlərin hərəkətə keçməsinə səbəb olurdu. Əslində insanların aqressivləşməsi haqlı səbəbdən idi. Doğrusu zibilin artmasından şikyatlənən insanlar bəlkə də bilməzdilər ki 50 il sonra plastiklər dünyanın başına nə oyunlar açacaq.

1960-1970-ci illərdə aktivistlərin səslərini qaldırdığını görən şirkətlər buna bir həll yolu axtarmağa başlayırlar və çox keçmədən də həll yolu tapırlar. “TƏKRAR EMAL”.

Amma necə? ABŞ-da və paralelində bir çox ölkələrdə kampaniyalar başlayır və TV-lərdə, qəzetlərdə, jurnallarda belə bir məlumat paylaşılır insanlarla. Ətraf mühiti korlamayaq, istifadə etdiyiniz plastik qabları zibil qutularında plastik qab bölməsinə ataraq təkrar emal edilməsinə və ətraf mühitin təmiz qalmasına səbəb ola bilərsiniz.

İnsan təbiəti gərəyi safdır axı. İnanır və məzuliyyəti üzərinə götürür. Şikrətlərdə, ABŞ içki federasiyasıda bunu istəyirdi. Məsuliyyəti istehlakçıların üzərinə atıb, gərək olduğu halda “mən sizə demişəm axı ətrafa atmayın, həmin o zibil qablarına atın” fikrini rahatca səsləndirə bilsin. Bunu yaxşıca PR edirlər və insanlara, nə gözəl, bizi düşünürlər dedirdib, daha sonra plastik qab bölməsinə butulkanı atmayana dirnaq arası baxmamıza səbəb olacaqdı bu kampaniya.

Bilirsiniz, ABŞ içki federasiyasının ən böyük maliyyə dəstəkçisi hansı şirkətdir? Onu mən demiyəcəm, özünüz təxmin edin. Bunu da deyib sonlandırım, təkrar emal üçün zibil qutusuna atılan plastik qabların cəmi 9%-i təkrar emala göndərilir. 91%-i isə elə zibil kimi təbiətdə qalır.