Search here...
TOP

McDonalds təcrübəsi

Bugün sizə dünyaca məşhur bir şəbəkə haqqında maraqlı faktları yazacam. Bu fast food restoranlar şəbəkəsi olan McDonalds-dır.

McDonaldsın həyatımda xüsusi bir yeri var. Tarix tam olaraq 2008-ci ilin Oktyabr-Noyabr ayları idi, 11 il əvvəl. Universitetdə 2-ci kursda oxuyurdum. Qərara almışdım ki, təhsil sistemimizin zəif olduğu üçün (buna səbəb məndən əvvəl təhsil alanların fikirləri, universitetə gəlməzdən əvvəl psixoloji olaraq hazırlanmış olmağım), mən paralel haradasa işləyib təcrübə qazanmalıyam ki, həm xərclərimi qarşılayım, həm də hədəflərimi yaxalaya bilim. Əsas maraqlandığım sahə mühasibatlıq idi. Maraqlandım, ancaq mühasibatlıq ixtisasım deyil, o sahə üzrə heçnə bilmirəm, amma eşidirəm ki, yaxşı pul var o sahədə. Anlamışdım ki, birdən-birə məni (hələ part time) bu sahədə işə götürməyəcəklər. Qərarım dəyişdi, həmin sahəyə ən yaxşı hansı yolla gedə biləcəyimi düşündüm və ağlıma gələn kassir vəzifəsi oldu. Hansı ki, mən part time işləyə biləcəyim şirkətlər. Yaxınlaşdım McDonaldsa (yaxşıki yaxınlaşmışam) və həmən də işə başladım BusStation filialında (Gənclik metrosunun yanındakı).

Bilirsiz, işin necə olması, işçilərin necə işləməsi haqqında danışmaq istəmirəm. Çünki fərqi yoxdur işçi necə işləyir, sistem elə qurulub ki, o işçi istər-istəməz işin öhdəsindən gəlir. Möhtəşəm bir sistem işləyir. Fərqi yoxdur, oradakı xüsusi istedadlı biridir və ya sıradan biri, təbii ki, öhdəsindən gələcəyi işi verirlər. Bilirsiz, o kiçik restoranlarda müştərini tez yola salmaq üçün, narazı qoymamaq üçün arxada necə mükəmməl bir sistem işləyir. Tam 1 il işləmək şansım oldu McDonalds restoranında. Mənim üçün əvəzolunmaz təcrübə idi.

Hərdən fikirləşirəm, bəlkə də sistemin təşkilatda ən vacib (bəlkədə birinci) əsaslardan olması beynimdə orada formalaşıb. Hələ sizə McDonaldsakı kollektivdən demirəm, görməniz, yaşamanız lazımdır, necə mehriban bir kollektiv işləyir arxada. Çox dərin iz buraxıb həyatımda. Nə isə, çox danışmayacam iş təcrübəm haqqında. Həyatımda qoyduğu bu möhtəşəm izi təkrar xatırlayıb, McDonalds haqqında bəzi faktları yazmaq istəyirəm bugün.

McDonalds 1940-cı illərdə iki qardaş tərəfindən qurulub. Həmin illərdə ilk restoranlarının adın Airdrome adlandırıblar, ancaq uğurlu olmadığı üçün daha sonra McDonalds Barbeku (bu sous ən sevdiyim souslarındandır) adı ilə dəyişdirilmişdir. 1948-ci ildə müvəqqəti bağlanmış restoranlar daha sonra McDonalds adı ilə yola davam ediblər.

Restoranlar şəbəkəsinin menyusunda olan Pizza, Balıq yeməkləri və qabırğanı qazancın az olduğu gördükdən sonra menyudan çıxarırlar. Restoranlar şəbəkəsi françayz sistemli işləyirlər. İlk qurucuları olan iki qardaş françayz sistemi ilə şirkəti çox da yaxşı idarə edə bilmirdilər. Daha sonra şirkətin adı özünə məxsus olmasa da, səhnəyə Ray Krok çıxır və şirkəti inkişaf etdirməyə çalışır. Həmin dövrdən sonra şirkət daha sistemli işləməyə başlayır. Aşağıda bu restoranlar şəbəkəsi haqqında diqqətinizi çəkəcək maraqlı faktlar qeyd edilmişdir.

  1. Ronald McDonald siması dünyada uşaqlar tərəfindən tanınan ən məşhur simadır. Hətta Santa Clausedan belə çox tanınır.
  • ABŞ-da yetişdirilən kartofun 7%-i McDonalds restoranlarında satılır. Çox böyük rəqəmdir. Bu ABŞ-da olan restoranla üçün olan rəqəmdir. Dünyada isə yetişən kartofun 5%-I bütün Mc Donalds restoranlarında satılır.
  • McDonaldsın işçiləri üçün xüsusi Hamburger Univesiteti adlı təhsil müəssisəri varıdır. Bu universitetdə işçilər istədiyi zaman müraciət edib, biliklərin artıra bilirlər.
  • Şirkətin CEO-sunun maaşı sizcə nə qədərdir. Bir illik maaşı 8.75 milyon dollardır.
  • Təkcə ABŞ-da McDonalds restoranlarında ildə 2 milyon ton ət satılır.
  • Restoranlar şəbəkəsi hər gün təxminən 68 milyon müştəri qarşılayır. Dünya əhalisinin 1%-nə yaxın bir rəqəmdir.
  • Xoşbəxt yemək (Happy meal) içərisində hədiyyə kimi verilən oyuncaqlar, dünyada istehsal edilən oyuncağın təxminən 20%-ni təşkil edir.

Hazırda bu şəbəkənin dünyada 37 minə yaxın şöbəsi var və ümumilikdə 2 milyon işçi işləyir. İllik satışı 97 milyard dollar, net gəliri isə 3 milyard dollardır. Məşhur restoranlar şəbəkəsinin rəqibi BurgerKing restoranlarıdır. Bütün ölkələrdə say və satış olaraq McDonalds öndə olsa da, yalnız Türkiyədə BurgerKing-dən 2 dəfə geri qalır.

Bu faktı reklamlarda da görmək olar.

McDonaldsın sevdiyim reklamın aşağıdakı keçiddə yerləşdirirəm. Bu reklamda restoranlar şəbəkəsi məşhur Strabucks və digər qəhvə restoranlarına sataşır.

Mənbə:

pazarlamasyon.com

onedio.com