Search here...
TOP

Missiya heç lazımda deyil?!

Şirkətlər üçün missiyanın olması vacibdirmi? Düşünün: Rəhbərin ağlından keçənlər – Bəlkə heç missiya haqqında danışmayaq. Onsuzda mən hər gün düşünürəm məqsədimiz haqqında. Uzağı işçilərin üstünə qışqıracam, məqsədimizi izah edəcəm, onlarda gedib işləyəcəklər. Bu görüşüdə ayda 1 dəfə edərəm, hər dəfə tələbə uyğun məqsəd formalaşdıraram. Həm bu yenilikdə olar, işçilər rutin işdən, eyni fikirdən yorulmazlar.

Nəticədə bazar dəyişir, biz axı dəyişən bazarla ayaqlaşıb, hər çalınan havaya oynamalıyıq.

Bura qədər oxudunuzsa əla, biraz ara verin, ürəkdən gülün.

Dostlar, biznesə bu yanaşma xaraktersizlik, məqsədsizlikdən başqa bir şey deyil. Bəs əgər biz satışla məşğuluqsa (fikrimcə istənilə bir işdə satış var) missiyamız necə olmalıdır? Bryan Tracy gözəl izah verir ki, missiyaya birdə belə baxın-Mən nəyi necə satmalıyam ki, müştəri məndən alsın və razı qalıb təkrar gəlib məndən alsın. O qədər razı qalsın ki, hətta ətrafındakılara da məni tövsiyyə etsin.

Varmı bundan gözəl izah?! İstər inşaarçı ol, istə pərakəndəçi, istər distribyutor, istər turizmçi. İstənilən sahədə bu izahı verib, düşünmək olar. Missiyanı heç bəzəmək, insanları düşünməyə məcbur etmək (yormaq) doğru deyil. Görəsən bunu deməklə şirkət nəyi nəzərdə tutur? Populyasiyanı kənara qoyaq, heç öz işçiləri başa düşməyəcək. Yəqni müdir bilər, müdirdi axı, ondan soruşaram.

Missiyanı sadə şəkildə çatdırmaq lazımdır. Biz nə emək istəyirik?

Missiya hazırlanarkən aşağıdakılar sual edilməlidiri. Bu mərhələləri mütləq izləmək lazımdır.

İlk dövrlərdə şirkətlərin çox aydın, anlaşılan məqsədləri olur. Ancaq şikət böyüdükcə məqsədlər dəyişir və həmin dövrdə təkrar missiyaya baxmaq aktullaşır. Missiya hazırlanarkən aşağıdakı suallar mütləq verilməlidir, qeyri-şərtsiz.

  1. Biznesimiz nədən ibarətdir?
  2. Müştərilərimiz kimdir? (Bu haqda ayrıca yazı olacaq)
  3. Biznesimiz necə olmalıdır və müştərilər nə istəyirlər.

Bu suallara cavab tapıb, formal missiya hazırlamaq kökündən yanlış olar. Biz missiyanı hazırlamalı, onu elan etməli və həmin çərçivədə işləyib, əməl etməliyik.

Birdə məhsul yönlü (bazar yönlü olması vacibidr) olarsa, bu şəkildə səslənər. Düşünək ki, bizim bir şirkətimiz var və ayyaqabı istehsal edirik: Missiya-biz ayyaqabı istehsal edir və satırıq. Gözümüz aydın.

Nike şirkətinin məhsul yönlü missiyası aşağıdakı kimi olardı. Biz ayaqqabı satırıq.

Bazar yönlü:Biz insanlara rəqabəti, qələbə və rəqiblərin müqavimətini dəf etməyi hiss etməyə köməklik edirik.

Missiyanın insanlar tərəfindən asan qəbul edilməsi üçün onların dəyərlərinə təsir etməsi lazımdır. İnsanlar dəyərləri qəbul edirlər, nəinki biznes konsepsiyalarına sstratejik baxışı.

Missiyanın hazırlanması zamanı bir modeldən də istifadə edilir ki, bu Ashridge missiya modelidir. Bu model bir çox iri şirkətlərdə araşdırmalar aparılaraq təyin edilmişdir. Bu modelin tərkibində 4 element var. Elementlər sıx bağlı olmalıdır ki, təsirli bir missiya yaransın. Bu elementlər.

-Məqsəd

-Strategiya

-Dəyərlər

-Prinsiplər

Nümunə olaraq, 12 texnologiya firmasının missiyalarına linkdən keçid edib baxa bilərsiniz.

https://onedio.com/haber/12-buyuk-teknoloji-firmasinin-resmi-misyon-aciklamalari-634993

Faydalı olması ümidi ilə!