Search here...
TOP

Pərakəndə sektorunda Planoqramın əhəmiyyəti

Sizdə çox yaxşı bilirsiniz ki, pərakəndə sektorunun, hətta deyərdim bir FMCG şirkəti üçün merçendayzinq olmazsa olmazlardandır. Merçendayzinq çox geniş anlayışdır. Bununla bağlı geniş yazı yazmağı planlayıram, planogram isə onun sadəcə bir elementidir. Bugün qısa şəkildə pərakəndə sektorunda planoqramın əhəmiyyəti haqqında məlumat verməyə çalışacam.

Planoqram, satışları artırmaq məqsədi ilə müəyyən məlumatlardan istifadə edərək məhsulların rəflərdə düzülüş qaydasını formalaşdırmaq üçün istifadə edilən bir metoddur. Bunun üçün müxtəlif məlumatlardan istifadə edilir. Bu məlumatların bir neçəsini aşağıda qeyd edirəm.

  • Məhsulların satış miqdarlarına görə.
  • Məhsulların marjlarına görə.
  • Qiymətlərinə görə və s.

Planoqramın tərtibatı zamanı proses çox sadədir, məhsulları sadəcə rəfə düzüb bitirməliyik firki kökündən yanlışdır. Çox detallı bir zəhmət tələb edən və bütün ehtimalları göz önünə almaqla həyata keçirilən bir prosesdir. Aşağıdakı məlumatlara hakim olmdan düzgün bir planoqramın hazırlanması mümkün deyildir.

  • İlk əvvəl sizin portfeliniz çox böyükdürsə bunu manula, excel vasitəsilə etmək qeyri-mümkündür. Bunun üçün mütləq proqram təminatı olmalıdır. Hansı ki, həmin proqramda sizin portfeliniz tam əks olunmalıdır.
  • Növbəti, sizin məhsulların kökünü təşkil edən kateqoriya ağacınız əksiksiz və doğru olmalıdır. Məlumatlarda əksiklik və ya yanlışlıq olduğu halda düzülüşdə də eyni xətalar ediləcəkdir. Hansısa məhsul planoqramdan kənarda qala bilər və ya yanlış məlumat səbəbindən doğru yerdə mövqelənməyə bilər.
  • Rəflərin və məhsulların bütün ölçüləri sizin sisteminizdə düzgün şəkildə əks olunmalıdır ki, düzülüş zamanı yer artıqlığı və ya əksikliyi yaşanmasın.

Yuxarıda sadaladığım 3 məlumat tam olduqdan sonra və hansı məlumatlara əsasən düzülüş edəcəyimizə qərar verdikdən sonra qalır proqrama əmri vermək. Ancaq təbii ki, bu işi təkcə proqramın öhdəliyinə buraxmaq olmaz. Təcrübədə görülən odur ki, planoqrama manual müdaxilələr də qaçılmazdır.

Bəzən xüsusi düzülüşlər tələb oluna bilər və ya bu bizim prioritetimiz ola bilər. Bunun üçün mütləq standartlar formalaşdırılmalı və həmin standartlara sadəcə manual düzəlişlər edilərək tətbiq edilməlidir. Ümumiləşdirsək, planoqram müştərilərinizin yaxşı bir təcrübə yaşayaraq, satış nöqtəsində rahat alış-veriş etməsinə və bu rahatlığı bəyəndikləri üçün təkrar alışlar üçün sizin mağazanı təkrar ziyarət etməsinə səbəb yaradan bir prosesdir.