Search here...
TOP

Portfelin idarə edilməsi

Məhsullar və bizneslərlə bağlı hərdən qərarların verilməsi gərək olur. Biznes və ya bu məhsulu saxlamalı, yoxsa ləğv etməlimi. Təbii ki, bunu hər hansı bir əsasa dayanmadan demək mümkün olmazdı. Bazarı bilmək, analiz etmək, araşdırmalar aparmaq lazımdır. Portfeli analiz etmək üçün bir çox metodlar vardır ki, bunlardan biri də Boston Consulting Group-un hazırladığı matrisadır. Bu matrisa vasitəsi ilə biznes vahidlərin və ya məhsul portfelin analiz edib qərar almaq mümkündür. Biz matrisa köməyi ilə məhsul portfelin necə analiz edə bilər və nəticəsinə görə necə qərara ala biləcəyimizə baxacayıq.

Başlamazdan əvvəl onu qeyd edim ki, portfel analizi dediyimiz zaman eyni qrup (kateqoriya) məhsullardan söhbət gedir. Fərqli məhsulları bu analizdə göstərməklə nəticə əldə etmək mümkünsüzdür.

BCG (Boston Cosulting Group) matrisası 2 hissədən ibarətdir.

  1. Bazar artım dərəcəsi – Bazar boş bazardırsa, bazar böyüyən bazardır və tutulmayan nöqtələr, qazanılmayan müştərilər var deməkdir. Burada biznes üçün 2 strategiya izlənilə bilər.

Birincisi, bazar tutulmayıbsa surətlə bazarı tutmaq. Ancaq mütləq sistemli və plan üzərindən davam etmək lazımdır.

İkincisi, bazar artıq böyümürsə bu halda bazar içərisində rəqbilərdən pay alınması üçün strategiyalar hazırlamaq lazımdır. Reklam xərclərinin artacağı hissə buradır.

  • Bazar payı – Biznes vahidinin (məhsulun) bazarda payından söhbət gedir ki, burada yenə 1-ci bəndin vəziyyətinə görə strategiya hazırlanması gərəklidir.

BCG matrisi (artım-pay matrisi) 4 hissədən ibarətdir və hər bir hissə məhsulların bazardakı payına və bazarın böyümə dərəcəsinə görə ayrılır.

Ulduzlar – bazarda payı böyük olan və eyni zamanda bazarın böyüməsi yüksək olan məhsullardır (bizneslərdir). Ulduzların bazarı eyni zamanda böyüdüyü üçün bu məhsulları daima investisiya ilə bəsləmək lazımdır, bazarla düz mütənasib şəkildə payıda artsın. Bazarın böyüməsi yavaşladıqca, şirkət üçün bu məhsullar çevrilib Sağmal inək olacaqlar.

*Bu qrupa nümunə üzərindən baxsaq, bazarda təmsil olunan şirkətlərdən energetik içkiləri götürə bilərik. Bazar böyüyür, ancaq məhsulun payın artırmaq üçün investisiya şərtdir.

Sağmal İnəklər – bu məhsullarda bazarın böyüməsi zəifdir, ancaq məhsullar artıq bazarda böyük paya sahibdir. Sağmal inəkləri sözün əsl mənasında süd verənlərdir. İnvestisiya tələb etmir, artıq investisiya mərhələsin keçibdir.

*Sağmal inəklərə yerli duru yağ istehsalçılarının məhsulların nümunə göstərmək olar ki, bu məhsulları hərdən müştərilərə, bax mən sənin mətbəxində həmişə var idim xatırlatmasın etmək kifayətdir. İnvestisiya qoymadan, gətirdiyi gəliri digər brandlara və ya sahələrə yönəltmək olar.

Sual işarələri – Sual işarələri bazar payı kiçik olan, ancaq böyüyən bazarı olan məhsullardır. Bu məhsulların payın saxlamaq və ya artırmaq üçün investisiya tələb olunur. Əgər bir neçə belə məhsul varsa, onlardan hansılarına investisiya olunacağına və hansılarının bazardan çıxarılacağına qərar vermək lazımdır. Bu məhsullara investisiya qoyub, ulduzlara çevirmək mümkündür.

İtlər – bu qrupa aid olan məhsulların bazar payı kiçik, bazarın böyüməsidə zəifdir. Məhsullar portfeli kiçiltməmək üçün (bəzən bu məhsullar olmazsa olmazlardır, alternativi yoxdur) saxlanıla bilər, o zamana qədər ki, zərərə işləməsin.

Bu analizi edərkən aşağıdakı məlumatlar əlimizdə olmalıdır. Məsələn, bir məhsulu analiz ediriksə.

  • Həmin məhsulun satışı.
  • Həmin məhsulun təmsil olunduğu qrupun ümumi satışı (ölkədə, regionda və s. Hansı ərazi üçün baxırıqsa)
  • Həmin qrupun illik trendləri (bazarın böyüməsin ölçmək üçün).

Əsasən məhsullar bazara daxil olarkən sual işarəsi olurlar, daha sonra investisiya ayırıb ulduzlara çevirmək olar. Böyümə durgunlaşdıqdan sonra, məhsul sağmal inək daha sonra isə ya itlərə çevrilir, ya da bazardan çıxarılır.

Faydalı olması ümidi ilə!