Search here...
TOP

Qiymətin elastikliyi

Elastiklik bir göstəricinin digər göstəricinin dəyişməsində göstərdiyi təsiri ölçmə üsuludur.

Qiymət o qədər vacib faktordur ki, hətta bazara daxil olan məhsula qoyulan yanlış qiymət məhsulun elə inkişaf dövrünə girmədən də bazardan çıxmasına səbəb ola bilər.

Biz, bu gün qiymətin satışa təsirini necə hesablaya biləcəyimizə baxacayıq. Yəni qiymətin elastikliyi və ya tələbin elastikliyinə. Qiymətin dəyişməsi məhsula tələbi artırdığını və ya azaltdığını bilirik. Bəs bunu necə hesablaya bilərik? Biz necə müəyyən etməliyik ki, məhsulun qiymətin artırıb, azaltdığımız zaman tələbi nə qədər artır və ya azalır?

Gəlin tələbin qiymət elastikliyinin hesablanma qaydasına baxaq.

Bizim şərti bir məhsulumuz və bu məhsulun qiyməti olduğunu düşünək. A məhsulumuz var və qiymətidə 5 AZN-dir. A məhsulunun 1-ci periodda satışı 10.000 ədəddir. Biz məhsulun qiymətin aşağı endirib, müştərilərə 4 AZN-dən təklif edirik. Bu halda eyni gün sayına görə məhsulun satış həcmi dəyişərək artıb olur 15.000 ədəd. Bu zaman aşağıdakı hesablama üsulu ilə qiymətin tələbə necə təsir etdiyini öyrənmiş oluruq.

Cədvəldə də göründüyü kimi, məhsulun qiymətini 20% endirdiyimiz zaman məhsulun satışı 50% artmışdır. Bu zaman elastiklik əmsalı -2.5-ə bərabər olur. Bu o deməkdir ki, məhsulun qiymətin 1% endirdiyimiz zaman, satışı 2.5% artacaqdır. Məhsulun qiymətini 2% endirdiyimiz zaman, satış həcmi 5% artacaqdır.

Əmsal -1-dən kiçik olduğu zaman tələb elastik, -1-dən böyük olarsa qeyri-elastikdir.

Deməli biz öyrəndik ki, tələbin elastikliyi məhsulun həcmindəki dəyişikliyin, qiymətdəki dəyişikliyə nisbəti ilə tapılır.

Əlavə olaraq qeyd edim ki, qiymətin elastikliyi məhsul qruplarına görə dəyişə bilər. Məsələn, qiymət dəyişməsinə elastik, az elastik və ya qeyri-elastik məhsul qrupları ola bilər.

Burada qida məhsulları, istirahət üçün istifadə olunan məhsul və ya xidmətlər, həyat üçün zəruri olan xidmət və ya məhsullarda və s. tələb fərqli şəkildə dəyişə bilər.