Search here...
TOP

ROİ və digər 4 termin

Bu yazıda siz marketoloqların istifadə etdiyi digər 5 termini oxuyacaqsınız.

  1. Elastik tələb: Məhsul qiymətlərinin çox az dəyişməsinin həmin məhsulun satışlarına kəskin təsiri deməkdir. Məsələn: Malın qiymətinin 2% enməsi satışına 15% təsir edir. Bu elastik tələbdir.
  2. Target market (hədəf bazarı və ya kütləsi): Şikrətin məhsul və ya xidmət üçün seçdiyi hədəf kütləni nəzərdə tutur. Məsələn: Ferrari markasının hədəf kütləsi sosial media istifadəçiləri deyil, ancaq bu marka öz məhsulunu bahalı jurnallarda verə bilər.
  3. İnbound Marketing: Əsasən hədəf kütləyə, dəqiq yönəlmiş reklamları əhatə edir. Sosial media reklamlarını buna nümunə göstərmək ola bilər. Tək tərəfli reklam deyil, hər iki tərəfin kommunikasiyada aktiv iştirakı mümkündür.
  4. Outbound Marketing: Ənənəvi marketinq kanalları ilə verilən reklamlar üçün istifadə edilən termindir. Tv, radio, jurnallar, Pop up reklmaları və s. nümunə göstərmək olar. İnbound reklamda olduğu kimi burada da hədəf kütləsni tanımaq lazımdır, ancaq bir fərqi var ki, reklam kütləvi verilir və tək tərəfli ünsiyyət yaradılır.

5. ROİ (Return on İnvestment): İnvestisiyanın geri dönüşünü ölçmək üçün istifadə edilir. Hesablama qaydası, Əldə olunan qazancdan çəkilən xərc çıxılır və təkrar xərcə bölünür əgər mənfidirsə zərər, müsbətdirsə gəlir əldə etmişik deməkdir. (Qazanc-xərc)/xərc. Məsələn: Bir evə çatdırma edən restoranın eyni reklamı üçün 1000 AZN dəyərində reklam etmişik və bu reklamdan gələn gəliri hesablamaq istəyirik. Bizim reklama baxış 10000-dir, 20%-i reklama daxil olmuşdur və 5%-idə xidmətdən istifadə etmişdir. Xidmətin minimum qiymətinin 20 AZN olduğunu nəzərə alarsaq aşağıdakı kimi nəticə çıxacaqdır. ((10000*20%)*5%)*20=2000 AZN satış etdiyimiz nəticəsi çıxacaqdır. Bu halda ROİ=(2000-1000)/1000=200% olacaqdır. Bu o deməkdir ki, biz xərclədiyimiz pulun 100% dəyərində əlavə satış əldə etmişik.