Search here...
TOP

SWOT təhlili 1

Bu yazıda oxuyacaqsınız.

  1. SWOT təhlili nədir? Mənası nədir?
  2. Bu təhlili nə zaman edə bilərik?
  3. Təhlilin daxilində amillərin bir-biri ilə əlaqəsinə baxmağı.

SWOT təhlinin aparılmasında məqsəd müəssisənin güclü və zəif tərəflərinin, imkan və təhlükələrin müəyyən edilməsi üçündür. SWOT təhlili strateji planlaşdırma zamanı və qərar almaq üçün istifadə edilir.

Bundan başqa təhlili fərdlər özləri üçün, şəxsi güclərin ölçmək üçün istifadə edə bilərlər. SWOT təhlilin 2 fərqli zamanda edilə bilər.

  1. Hər hansı bir bazara daxil olmağa hazırlaşan təşkilat üçün.
  2. Artıq bazarda olan, ancaq rəqibləri ilə arasındakı fərqi görmək istəyən, hansı tərəflərinin ona üstünlük yaratdığını, hansı tərəflərin isə geri çəkdiyini bilmək üçün.

Hər iki hal üçün də izləniləcək müəyyən qaydalar vardır. Bunlar:

-Xarici və daxili mühit amillərin qarışdırmamaq.

-Təhlili edərkən obyektiv şərhlər yazmaq. (təşkilata emosional bağlılıq göstərməmək)

-Bütün amillər qeyd edərkən, realist olmaq və absurd bəndləri qeyd etməmək.

Swot analizinin faydaları aşağıdakılardır.

-Biraz zaman ayırıb, fürsətləri dəyərləndirmənizə imkan verir.

-Güclü tərəflərinizi kəşf etmənizə və həmin güclü tərəflərə daha çox diqqət etmənizi göstərir.

-Sizin rəqiblərdən fərqli tərəflərinizi görmənizə və həmin fərqliliklər üzərində işləmənizə səbəb olur. -Beləliklə daha rəqiblərdən məsafənizi daha çox açmış olar və üstünlük əldə edə bilərsiniz.

İndi isə başlayaq analiz haqqında danışmağa və daha sonra SWOT təhlildə xarici və daxili mühit amillərinin daxildə bir-biri ilə qarşılıqlı əlaqəsinə başqa bir matrisa ilə baxacayıq (növbəti yazıda).

SWOT qısaltması aşağıdakı sözlərin baş hərflərinin birləşməsindən alınıb.

S – STRENGTHS (güclü təfərlər)

W – WEAKNESS (zəif tərəflər)

O – OPPORTUNİTY (imkanlar)

T – THREAT (təhlükələr)

Göründüyü kimi swot analiz şirkətin daxildə zəif və güclü tərəflərini, xaricdə imkan və təhlükələri analiz etmək üçün istifadə edilir.

Bəs SWOT edərkən biz amillərdə nələri qeyd etməliyik? Gəlin onlara hər bir başlığa görə baxaq.

Daxili mühit amilləri Xarici mühit amilləri
STRENGHTS – Güclü tərəflər
1.Hansı xüsusiyyətlər müştərilərin size seçməsinə səbəb olur.

2.Rəqbilərdə olmayan, az xərclə edə bildiyiniz nələr var.
3.Hansı tərəfləriniz sizə satış gətirir.
Opportunities – İmkanlar
1.Bazarda olan dəyişiklikləri görə bilrisnizmi?

2.Texnologiyada olan dəyişikliklərdən xəbərdarsınız.
Weakness – Zəif tərəflər
1.Hansı xüsusiyyətlər satış itirmənizə səbəb olur.

2.Sİzdə də olan, rəqbilərin daha yaxşı bacardığı tərəfiniz.
3.Bildiyin ancaq dəyişdirmədiyin zəif tərəflərin hansılardır?
Threats – Təhlükələr
1. Rəqiblərinizin fərqli tərəfləri.

2.Texnolojik dəyişikliklərə münasibətiniz.
3.Zəif tərəflərinizin həm də xarici mühitdə sizin üçün təhlükə yarada biləcək ünsürlər.

Aşağıda qısa şəkildə analiz üçün real ola biləcək bəndlərə baxa bilərsiniz. Diqqət edilməsi digər bir məqam, bütün bəndlərin qeyd edilməsidir. Ola bilər ki, güclü tərəflər daha az çıxar, zəif tərəflər güclü tərəfə görə daha çox olar.

STRENGHTS – Güclü tərəflər
1. Şitkərin güclü maliyyə vəziyyəti.
2. İnsan resursları
3. Bazarda liderliyi və s.
Opportunities – İmkanlar
1. İstehlakçıların biznesə olan rəğbəti
2. Qanunvericilikdə baş verə biləcək dəyişikliklər
Weakness – Zəif tərəflər
1. Ar-Ge-nin diqqətdən kənar qalması
2. Zəif brandların mövcudluğu və s.
Threats – Təhlükələr
1. Rəqbilərin sayının artması
2. Brandin yayılmasının zəifliyi
3. Qanunvericilikdə ola biləcək dəyişikliklər və s.

Analizi hazırlayarkən bunları mütləq nəzərə alın:

Güclü tərəflərinizi qeyd edərkən mütləq şəkildə rəqiblərinizi nəzərdən keçirin. Onlarla eyni gördüyünüz işlər sizin güclü tərəfiniz deyildir. SWOT-u istehsal etdiyiniz hər hansı bir məhsulun analizi üçün istifadə etməyin, bunun üçün başqa üsullar vardır.

Faydalı olması ümidi ilə!