Search here...
TOP

SWOT təhlili 2

SWOT təhlili 1 yazısın oxumayanlar, aşağıdakı keçiddən daxil olub oxuya bilərlər.

SWOT təhlilin etdik, bəs sonra?

Buna sadəcə təhlil kimi baxmaq düzgün olmazdı. Təhlildən sonra çıxacaq mövcud güclü tərəflərə daha çox diqqət ayırmaq, zəif tərəfləri aradan qaldırmaq, imkanlardan istifadə edə bilmək, təhlükələrdən isə yan keçmək üçün təxirə salınmayacaq işlər görmək lazımdır. Bəs bu amillərin bir-birlərinə mane olması halı yaranarsa, onda necə qərar verilməlidir? Hansı halda porfeli təkrar analiz etmək və ya bazardan çəkilmək kimi qərarlar alınmalıdır?

İndi isə SWOT təhlilindən sonra amillərin bir-biri ilə qarşılıqlı əlaqələrinə baxıb, qərar vermə mərhələsin incələyəcəyik.

Deyək ki, yeni bir layihəyə başlayırıq və bu layihə ilə bağlı əvvəlcədən qərar vermək üçün SWOT analizi aparmalıyıq. Təhlili edib, matrisadakı qeydləri aparmışıq.

Matrisa hazı olduqdan sonra, güclü tərəflərimizə baxıb fəxr edə bilər, zəif tərəflərimizə baxıb təəssüflənə bilərik. Bəlkə də zəif tərəflərin aradan qaıdırılması üçün hansısa tədbirlər görə bilərik. Bəs əgər zəif tərəfimiz imkanlardan istifadə etməmizə mane olursa? Ya da Təhlükənin dəf edilməsini gecikdirir və zaman darlığına düşürüksə?

Elədirsə, o zaman mütləq SWOT təhlildən sonra biz Ziddiyyət matrisasın qurub, orada amillərin mümkün kombinasiyalarına baxmalıyıq.

Ziddiyyət matrisasında axtaracağımız suallar başlıqda birləşdirə bilərik.

  1. Güclü tərəf bu imkandan istifadə edə bilərmi?
  2. Güclü tərəf təhlükənin qarşısını ala bilərmi?
  3. Zəif tərəf imkandan istifadəyə mane olarmı?
  4. Zəif tərəf təhlükənin qarşısın almağa mane olarmı?

İndi gəlin cədvələ baxaq və kombinasiyalardan aldığımız nəticələrdən sonra hansı strategiyanı izləyəcəyimizi görək.

Burada yazılan amillər şərtidir, mütləq şəkildə qruplaşdırma uyğunlaşdırılmalıdır ki, amillərin ən çox bir-birinə təsir edəcəklər qarşılaşdırılsın.

Yuxarıdakı nümunələrdən sonra, aşağıdakı sualları əldə etmək olar.

Bazar lideri mövqeyin (güclü tərəf) üçün nə etmək olar?

  1. Məhsul portfelin analiz edib, dəyişikliklər etmək.
  2. Müsbət imici qorumaq, möhkəmləndirmək və ya yaratmaq.
  3. Komandanı gücləndirmək (yeni beyinlər gətirmək və ya mövcudu gücləndirmək).

Və bir çox digər amillər.

Faydalı olması ümidi ilə!